آخرین اخبار

Azərbaycan Respublikası Hökumətinin anti-İslam hərəkətlərindən sonra İslam Dinləri Universitetinin tələbə səfərbərliyinin bəyanatı

“Möminlər içərilərində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər.” (“Əhzab” surəsi, ayə 23) İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Xamenei: “Azərbaycan hökumətinin xeyir və məsləhəti xalqın dini hissləri ilə uyğun davranmaqdadır. Belə ki, xalq dövlətin dini məsələlərə […]

اشتراک گذاری
۲۵ خرداد ۱۴۰۱
74 بازدید
کد مطلب : 256

“Möminlər içərilərində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər.” (“Əhzab” surəsi, ayə 23)
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Xamenei:
“Azərbaycan hökumətinin xeyir və məsləhəti xalqın dini hissləri ilə uyğun davranmaqdadır. Belə ki, xalq dövlətin dini məsələlərə münasibətindən qətiyyən narahatlıq hissi keçirməməlidir.” (5 mart 2017)
Son günlər siyasi səbəblərdən Azərbaycanın hakim rejiminin həbsxanalarında olan Müsəlman Birliyi Hərəkatının sədri Şeyx Tale Bağırzadə və bir neçə başqa islamçı məhbusun müstəntiqlər tərəfindən Uca Allahı və İslami müqəddəslərini dəfələrlə təhqir etdiklərinə görə aclıq aksiyası keçirməsi xəbəri yayılıb.
Təəccüblüdür ki, dinə sahib olduğunu iddia edən İlham Əliyev hökuməti istintaq və sair bəhanələrlə müsəlmanların ən fundamental və mühüm etiqadlarına, yəni Allah-Taala və məsum imamlara hörmətsizlik edilməsinə necə yol verir. Baxmayaraq ki, son illərdə Əliyev hakimiyyətinin bir çox cəhətdən anti-İslam hərəkətlərinin şahidi olduq.
Biz İslami İranın müsəlman tələbələri ilk addımda Əliyev hökumətinin dərhal üzr istəməsini və regionda qəsbkar sionist rejimin təhlükəsiz sığınacağına çevrilmiş bu hökumətin hər hansı islamofobiya hərəkətinə son qoymasını tələb edirik, cənab Əliyevə isə xəbərdarlıq edirik ki, Əbrəhənin ordusunun taleyindən ibrət alsın, İslam və onun müqəddəslərinə qarşı çıxmağı dayandırsın.
Biz tələbələr Azərbaycanda mövcud islami cərəyan və partiyalara dəstəyimizi elan edir, dərhal hacı Tale Bağırzadənin və digər aksiya iştirakçılarının vəziyyətinin araşdırılmasını, şərlənərək və İslam dininə tabe olduqlarına görə həbsdə olan siyasi məhbusların azadlığa buraxılmasını, islamçı rəhbərlərin həbsinə və onlara qarşı kobud rəftara son qoyulmasını tələb edirik.
Sonda cənab Əliyevə və onun hökumətinə xəbərdarlıq edirik ki, ən zəif evlər sizin arxalandığınız və ölkənizin qapısını üzünə açdığınız müqəddəs Qüdsü işğal etmiş rejimin hörümçək evidir. Çox çəkməz ki, bu zəif ev viran olar. Ona görə də öz aqibətiniz barədə mümkün qədər tez düşünün.
Salam olsun hidayətə tabe olanlara

دیدگاهتان را بنویسید

نشانی ایمیل شما منتشر نخواهد شد.